“Arsenal”ın transferdə əsas hədəfi bilindi

“Aston Villa”nın futbolçusu Duqlas Luis karyerasını “Arsenal”da davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “topçular”ın transferdə əsas hədəfidir. Bu barədə insayder Rudi Qaletti məlumat yayıb.

“Arsenal” Diasın transferini yaxın zamanda tamamlamaq istəyir.

Duqlas 2019-cu ildən “Aston Villa”da çıxış edir. O, ötən mövsüm 53 oyunda 10 qol vurub, 10 məhsuldar ötürmə edib.