“Arsenal”ın hücumçusu millinin oyunlarını buraxacaq

“Arsenal”ın futbolçusu Kay Haverts zədə səbəbindən Almaniya yığmasının Millətlər Liqasındakı oyunlarını buraxacaq.

Futbolpress.az xəbər verir ki, 25 yaşlı hücumçu Premyer Liqada “Sauthempton”la oyunda kiçik zədə alıb. O, bu səbəbdən yığmaya qoşulmayacaq.

Almaniya millisi Millətlər Liqasında oktyabrın 11-də Bosniya və Herseqovina, 14-də isə Niderlandla qarşılaşacaq.