“Arsenal”ın hücumçusu Fransa klubuna keçə bilər

“Arsenal”ın futbolçusu Eddi Nketia karyerasını Fransada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Marsel” hücumçunun xidmətində maraqlıdır. Bu barədə AS nəşri məlumat yayıb. Fransa klubu yaxın zamanda forvard üçün “Arsenal”la danışıqlara başlayacaq.

Eddi 2017-ci ildən “Arsenal”da çıxış edir. O, “topçular”da 114 oyunda 19 qol vurub.