“Arsenal”ın cinah oyunçusu Bukayo Saka komandanın növbəti oyununda meydana çıxa bilər.
Futbolpress.az xəbər verir ki, “topçular” aprelin 1-də Premyer Liqada öz meydanında “Fulhem”i qəbul edəcək. Jurnalist Çarlz Uottsun məlumatına görə, Sakanın bu görüşdə iştirak etmək şansı çoxdur. Millinin oyunlarında fasilə zamanı topla aktiv məşq edən futbolçu meydana qayıtmağa yaxındır.
Eyni zamanda, mənbənin sözlərinə görə, “Arsenal” mühüm oyunçunun sağlamlığını riskə atmaq niyyətində deyil. Qərar böyük ehtimalla oyun günü veriləcək.
Xatırladaq ki, Bukayo Saka dekabrda zədələnmişdi. İngilis futbolçu bu mövsüm 24 matçda 9 qol vurub, 13 məhsuldar ötürmə edib.