“Arsenal”dan 50 milyonluq transfer

“Arsenal” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “topçular” “Bolonya”dan Rikkardo Kalafiorini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

“Arsenal” Kalafiori üçün “Bolonya”ya 50 milyon avro ödəyəcək.