“Arsenal”dan 50 milyonluq transfer

İtaliya millisinin və “Bolonya”nın futbolçusu Rikkardo Kalafiori karyerasını “Arsenal”da davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb. Xəbərdə “topçular”ın 22 yaşlı müdafiəçininn transferini 50 milyon avroya tamamladığı bildirilib.

Kalafiori illik 3,5 milyon avro maaş alacaq.