“Arsenal”dan 4 qollu sınaq

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Arsenal” (İngiltərə) və “Bayer” (Almaniya) komandaları yoldaşlıq oyununda üz-üzə gəlib.

Futbolpress.az xəbər verir ki, matç “topçular”ın qələbəsiylə başa çatıb – 4:1.

“Arsenal”ın qollarını Aleksandr Zinçenko, Leandro Trossar, Qabriel Jezus və Kay Haverts vurub. “Bayer”də isə Adam Hlojek fərqlənib.