“Arsenal”ın futbolçusu Rikkardo Kalafiori sıradan çıxıb.
Futbolpress.az xəbər verir ki, Çempionlar Liqasında “Şaxtyor”la matçda (1:0) zədələnən müdafiəçi bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə “Mirror” nəşri məlumat yayıb.
Kalafiori bu mövsüm “Arsenal”da 10 oyunda 1 qol vurub.