“Arsenal”da ciddi itki

“Arsenal” ciddi itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, “topçular”ın vingeri Bukayo Saka zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngilis futbolçu Premyer Liqanın IV turunun “Tottenhem”lə oyununda zədə alaraq, meydanı tərk edib. Sakanın durumu tibbi müayinədən sonra bilinəcək.

“Arsenal” “Tottenhem”i 1:0 hesabıyla məğlub edib.