“Arsenal”ın zədəli futbolçusu Martin Edeqor üç həftə yaşıl meydanlardan kənarda qala bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə Norveç yığmasının həkimi Ola Sand məlumat yayıb. Millətlər Liqasında Avstriya ilə matçda zədələnən futbolçu ayaq biləyindən xəsarət alıb.
Edeqor müayinə üçün Londondadır. Ona ayaq biləyində sınıq diaqnozu qoyulmasa, üç həftə yaşıl meydanlardan kənarda qalacaq. Sınıq aşkarlansa bu proses daha uzun müddət ola bilər.
Edeqor “Arsenal”ın “Tottenhem”, “Mançester Siti” və Çempionlar Liqasında PSJ ilə oyunlarını buraxa bilər.