“Arsenal”da Arteta ilə bağlı qərar verildi

“Arsenal” baş məşqçisi Mikel Arteta ilə müqaviləni uzadacaq.

Futbolpress.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb. 42 yaşlı mütəxəssis yeni sözləşmə ilə bağlı “topçular”la razılığa gəlib.

Artetanın indiki müqaviləsi 2025-ci ilin yayına kimidir. O, 2019-cu ildən London klubuna rəhbərlik edir. Komanda onun başçılığı altında iki dəfə İngiltərə Kubokunu və bir dəfə İngiltərə Superkubokunu qazanıb.