“Arsenal”da 22 ayrılıq – adlar

“Arsenal” 22 futbolçusu ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gedənlər arasında Məhəmməd Elneni və Sedrik Soareş də var. Hansı ki, onlar əsas komandada şans qazanırdı.

Yolları ayrılan digər futbolçular isə əvəzedici komandanın üzvləridir.

“Arsenal”ın vidalaşdığı 22 futbolçu:

Məhəmməd Elneni, Sedrik Soares, Mauro Bandeira, Omari Benjamin, Luis Broun, Catalin Cirjan, Noah Kuper, Sabrina Dangelo, Hanri Deyvis, Ovie Ejeheri, Teylor Foran, Hubert Qraski, Ceyms Hillson, Henri Yeffkot, Tayris Con-Culs, Aleks Kirk, Ceyms Lannin, Kaylan Markisi, Vivianne Miedema, Artur Okonkvo, Kamarni Ryan, Kido Teylor-Hart.