“Arsenal” yoxlama matçında “Lion”a qalib gəldi

Top 5 liqa komandaları mövsüm öncəsi hazırlıq oyunlarını davam etdirirlər.

Futbolpress.az xəbər verir ki, İngiltərənin “Arsenal” klubu Fransanın “Lion” kpllektivi ilə yoxlama görüşü keçirib. “Emreyts”də oynanılan matç “topçular”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Vilyam Saliba və Qabriel Jezusun qolları İngiltərə klubuna qalibiyyət gətirib. “Arsenal” növbəti həftə İngiltərə çempionatının ilk turunda “Vulverhempton”la qarşılaşacaq. “Lion” isə Fransa Liqa 1-də “Renn”in qonağı olacaq.