Bu gün İngiltərə Premyer Liqasında XII tura yekun vurulub.
Futbolpress.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma keçirilib. “Çelsi” səfərdə “Arsenal” isə doğma azarkeşlər önündə qələbə qazanıb.
Turun mərkəzi matçında isə “Tottenhem” çempionatın əsas favoritlərindən olan “Mançester Siti”ni 4 cavabsız qolla darmadağın edib. Ruben Amorimin rəhbərliyi altında ilk rəsmi matçına çıxan “Mançester Yunayted” səfərdən 1 xalla qayıdıb. Arne Slotun “Liverpul”u isə 3 xalı 3 qolla qazanaraq, liderliyini möhkəmlədib.
Turun son oyun günündə “Nyukasl” doğma azarkeşlər önündə “Vest Hem”ə məğlub olub.
İngiltərə Premyer Liqası
XII tur
23 noyabr
Lester – Çelsi 1:2
Qollar: C.Ayu, 90+5 – N.Cekson, 15, E.Fernandez, 75
Arsenal – Nottinqem Forest 3:0
Qollar: B.Saka, 15, T.Parti, 52, E.Nvaneri, 86
Aston Villa – Kristal Pelas 2:2
Qollar: O.Uotkins, 36, R.Barkli, 77 – İ.Sarr, 4, J.Devenni, 45+1
Bornmut – Brayton 1:2
Qollar: D.Bruks, 90+3 – J.Pedro, 4, K.Mitoma, 49
Fulhem – Vulverhempton 1:4
Qollar: A.İvobi, 20 – K.Mateus, 31, 87, J.Qomeş, 53, Q.Qedeş, 90+5
Everton – Brentford 0:0
Mançester Siti – Tottenhem 0:4
Qollar. C.Maddison, 13, 20, P.Porro, 52, B.Conson, 90+3
24 noyabr
Sauthempton – Liverpul 2:3
Qollar: A.Armstronq, 42, M.Fernandes, 56 – D.Szoboszlayi, 30, M.Salah, 65, 83 (pen.)
İpsviç Taun – Mançester Yunayted 1:1
Qollar: O.Hutkinson, 43 – M.Reşford, 2
25 noyabr
Nyukasl – Vest Hem 0:2
Qollar: T.Souçek, 10, A.Van-Bissaka, 53