“Arsenal” Sakanın yoxluğunu fransız futbolçuyla dolduracaq

“Arsenal” qış transfer pəncərəsində heyətini gücləndirmək istəyir.

Futbolpress.az xəbər verir ki, Bukayo Sakanın ciddi zədəli olması, London klubunu hücum xəttini necə gücləndirmək barədə düşünməyə məcbur edib. “Topçular” “Bavariya”nın vingeri Kinqsli Koman ilə müqavilə imzalamağı düşünür.

Eyni zamanda, digər klubların da Komanla, xüsusilə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun ciddi maraqlandığı qeyd edilir. Hər şey danışıqlardan və futbolçunun mövqeyindən asılı olacaq.

Qeyd edək ki, 28 yaşlı fransız futbolçunun “Bavariya” ilə sözləşməsi 2027-ci ilin yayına qədərdir.