“Arsenal”dan rekord göstərici

“Arsenal” İngiltərə Premyer Liqasının XXXVII turunda “Mançester Yunayted”i məğlub edib – 1:0.

Futbolpress.az xəbər verir ki, “topçular” mövsümdə 27-ci qələbəsini qazanıb. Bu, klub tarixinin rekordudur.

“Arsenal” sonuncu dəfə 2003/2004 mövsümündə 26 qələbə qazanmışdı.

London təmsilçisi çempionatda 86 xalla lider idi.