“Arsenal” futbolçusu Tomas Parteyi satmaq istəyir.
Futbolpress.az xəbər verir ki, London təmsilçisi qanalı yarımmüdafiəçi üçün təklifləri dəyərləndirəcək. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
30 yaşlı futbolçu 2020-ci ildən “Arsenal”da çıxış edir. Onun müqaviləsi 2025-ci ilin yayına kimidir.
Partey son mövsümdə Premyer Liqada 14 oyunda iştirak edib.