İspaniyanın “Valyadolid” klubu heyətini yeni qapıçı ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, La Liqa təmsilçisi “Arsenal”dan Karl Heynanı heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı qapıçı 2025-ci ilin yayına kimi “Valyadolid”in formasını geyinəcək.
Eston qapıçı ötən mövsümdə “Arsenal”la 4 oyunda meydana çıxıb.