“Arsenal” onu 25 milyon funta satacaq

“Arsenal”ın futbolçusu Aaron Ramsdeyl karyerasını “Sauthempton”da davam etdirməyə yaxındır.

Futbolpress.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb. Premyer Liqa klubu 26 yaşlı qapıçı üçün 25 milyon funt-sterlinq ödəyəcək.

Ramsdeyl yaxın zamanda “Sauthempton” üçün tibbi müayinədən keçəcək.

Qolkiper 2021-ci ildən “Arsenal”da çıxış edir. O, “topçular”da 89 oyunda 99 qol buraxıb, 32 matçda isə qapısını toxunulmaz saxlayıb.