“Arsenal” hücumçusunu 25 milyon funt-sterlinqə satdı

“Kristal Pelas” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Premyer Liqa klubu “Arsenal”dan Eddi Nketianı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

“Kristal Pelas” forvard üçün “Arsenal”a 25 milyon funt-sterlinq ödəyəcək.

Nketia ötən mövsümdə 37 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə edib.