“Arsenal” futbolçusunu satdı

İngiltərəli futbolçu Emil Smit Rou klubunu dəyişib.

Futbolpress.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi “Arsenal”dan “Fulhem”ə keçib. Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə 5 illik müqavilə imzalanıb.

“Fulhem” Emil üçün “Arsenal”a 31,80 milyon avro ödəyəcək.

Rou “Arsenal”ın yetirməsidir. O, “topçular”la Premyer Liqada 80 oyunda 12 qol vurub, 10 məhsuldar ötürmə edib.