“Arsenal” baş məşqçisi haqda qərarını verdi

“Arsenal” baş məşqçisi Mikel Arteta ilə müqaviləni yeniləyəcək.

Futbolpress.az xəbər verir ki, tərəflər arasında yeni sözləşmə imzalanacaq.

Rəqəm qeyd olunmasa da, bildirilir ki, yeni müqaviləyə görə, Arteta Avropanın ən çox qazanan məşqçilərindən olacaq.

O, 2019-cu ildən London klubunda çalışır. Mütəxəssisin rəhbərliyi aldında “topçular” bu mövsüm Premyer Liqada ikinci olub.