Arnold gedir, Salah qalır

“Liverpul” və Məhəmməd Salah arasında yeni müqavilə barədə danışıqlar müsbət irəliləyir.

Futbolpress.az xəbər verir ki, bu barədə Misirin “Masrawy” nəşri məlumat yayıb. Mənbənin sözlərinə görə Trent Aleksander-Arnoldun “Real”a keçidi mersisaydlıların maaş büdcəsinə müsbət təsir edəcək və klub Salaha sərfəli sözləşmə təklif edəcək.

Misirli ulduzun mövsümün sonunda başa çatacaq hazırkı müqaviləsi ona həftədə 350 min funt sterlinq qazandırır.

Salahın agenti Rami Abbas arasında danışıqlar həmişəkindən daha perspektivlidir və klub əvvəlki təkliflərdən daha yüksək maaş təklif edir.