Arif Əsədov: “Sabah meydana qələbə üçün çıxacağıq”

Azərbaycan millisinin Albaniya ilə keçirəcəyi yoldaşlıq görüşündən əvvəl yığmanın baş məşqçisi jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

– Bizi yaxşı rəqiblər gözləyir. Yaxşı sınaq olacaq. Millətlər Liqasından öncə sınaq oyunlarıdır. Hazırlıqları iki hissəyə bölmək olar. Birinci hissədə üç günlük məşq oldu. Son hazırlıqlar ayın 3-dən başladı. Qısa müddət məşq etsək də, məşqlərdə taktiki baxımdan işləməyə çalışdıq. Oyun fəlsəfəsini yaxşılaşdırmaq istədik. Futbolçulaar yaxşı məşq etdi. Yoldaşlıq görüşü olsa da, meydana qələbə üçün çıxacağıq. İnanıram ki, yaxşı oyun olacaq.

– Albaniya AÇ-yə vəsiqə qazanıb. Qazaxıstan isə Millətlər Liqasında bizə qrup lideri olmağımıza mane oldu. Bu iki məqam sizi nə qədər motivasiya edir?
– Deməzdim buna görə motivasiya oluruq. Qazaxıstanla Millətlər Liqasında oynamışıq. Rəqibdə də baş məşqçi dəyişdi. Bu amili nəzərə almaq lazımdır. Albanlar 2 dəfə Avropa çempionatında çıxış edibsə, komandanın gücündən danışmağa ehtiyac yoxdur.

– 4 oyundur baş məşqçi əvəzi kimi çalışırsınız. Hər oyundan əvvəl demək olar ki, millinin baş məşqçi məsələsi müzakirə olunur. Bu sizə çətinlik yaratmır?
– Komandanı hazırlamaq baxımından problem yoxdur. Yetərincə təcrübəm var. Çalışırıq ki, bu vəziyyətdən daha yaxşı çıxaq. Baş məşqçi statusunu da qorumaq çətindir. Çalışıram ki, xarizmamdan istifadə edib, postu qoruyum.

– Sizcə, baş məşqçi təyin olunub, ya sabahkı nəticə bu məsələyə təsir edəcək?
– Bu barədə məlumatım yoxdur. Hazırda üstümə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışıram.
.
– Çox güman ki, Elvin Bədəlov sabahkı oyunda olmayacaq. Onu Albaniyaya qarşı əsəs heyətdə düşünürdünüz?
– Hər bir oyunçuya güvənirdik. Elvin uzun zaman idi millidə yox idi. Ümidimiz var ki, sabaha qədər gələr. Sabahkı oyunda onu start heyətində nəzərdə tutmurduq.

– Bolqarıstanla oyunda müdafiədən oynadınız. İkinci hissədə isə hücumdan çıxış etdiniz. Sabah bizi hansı taktika gözləyir?
– Bolqarlarla oyunda birinci hissədə müdafiə olunduq, ikinci hissədə məğlub olduqda əlimizdə olan resursları meydana buraxdıq ki, istəyimizə nail olaq. Sabah dameydana qələbə üçün çıxacağıq.

– Albaniya birbaşa Avropa çempionatına yollanıb. Mümkün B planı hazırdır onlara qarşı?
– Təbii ki, hər oyuna bir variantla çıxmırıq. Sadəcə 2 məşqdə kompleks şəkildə hazırlaşa bildik. Rəqibə uyğun hazırlaşdıq. Düşünürəm ki, komanda şəklində nizam-intizamlı oynasaq, istədiyimizə nail ola bilərik.

Məlik Məlikov