Argentina və Braziliya uduzdu, Uruqvaydan heç-heçə

DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin növbəti oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, Argentina yığması Kolumbiyaya, Braziliya isə Paraqvaya uduzub.

Uruqvay isə Venesuela ilə heç-heçəyə razılaşıb.

DÇ-2026, Cənubi Amerika zonası seçmə mərhələsi
VIII tur

11 sentyabr

Kolumbiya – Argentina 2:1
Qollar: Y.Moskera, 25, X.Rodriqes, 60 (pen.) – N.Qonsales, 48

Çili – Boliviya 1:2
Qollar: E.Varqas, 39 – K.Alqaranas, 13, Migelito, 45+1

Ekvador – Peru 1:0
Qol: E.Valensiya, 54

Venesuela – Uruqvay 0:0

Paraqvay – Braziliya 1:0
Qol: D.Qomes, 20