Ardıcıl 3-cü dəfə ən yaxşı oldu

Məhəmməd Salah “Liverpul”da dekabr ayının ən yaxşı futbolçusu seçilib

Futbolpress.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Misirli forvard ardıcıl üçüncü dəfə ayın oyunçusu adını qazanıb. O, avqustda da oxşar səsvermədə qalib gəlib.

Dekabrda 32 yaşlı forvard “mersisaydlılar”ın heyətində bütün yarışlarda 7 oyun keçirib, 8 qol vurub və 7 məhsuldar ötürmə verib.