Türkiyənin “Eyüpspor” klubunda baş məşqçi Arda Turanla bağlı qərar verilib.
Futbolpress.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin vitse-prezidenti Fatih Kulaksız “Beşiktaş”la oyundan (1:3) sonra yerli mətbuata açıqlamasında deyib:
“Arda ilə yola davam edəcəyik. Onun ən yaxşı yerlərdə olmasını istəyirik. Lakin daha böyük klubdan təklif gəlsə, kömək olacağıq”.
“Eyüpspor” çempionatda 24 turdan sonra 40 xalla 5-ci sıradadır.