Arda Turan üçün “Atletiko” iddiası

İspaniyanın “Atletiko” klubunda baş məşqçi Dieqo Simeone ilə mövsümün sonunda yollar ayrıla bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “Relevo” nəşri məlumat yayıb. Mütəxəssisin 2025-ci ilin yayında klubla vidalaşacağı iddia edilir.

“Atletiko” rəhbərliyi artıq Simeoneyə əvəzləyici axtarışlarına başlayıb. Namizədlər arasında türkiyəli mütəxəssis Arda Turan da yer alır. Klub nümayəndələri mövsümün sonuna kimi Ardanın “Eyüpspor”dakı işini izləyəcək.

Digər namizədlər isə Fernando Torres, Qabi və Felipe Luisdir.