“Real” İspaniya La Liqasının XVII turunda “Valyekano” ilə heç-heçə edib (3:3).
Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisinin yarımmüdafiəçisi Arda Güler bu görüşdə iki məhsuldar ötürmə ilə yadda qalıb.
Türkiyəli oyunçu “Real”la çempionatda XXI əsrdə bir görüşdə iki assist edən ən gənc futbolçu olub. O, 19 yaş 293 günlüyündə bunu bacarıb.