Arda Gülerlə bağlı sürpriz iddia

“Liverpul” “Real”ın futbolçusu Arda Güler ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. “Qırmızılar”ın yeni baş məşqçisi Arne Slot rəhbərlikdən Ardanın transferini istəyib.

Türkiyəli futbolçu Madrid klubunda xoşbəxtdir və ayrılmaq niyyətində deyil.

Ötən yay “Fənərbağça”dan “Real”a keçən Arda Güler ilk mövsümündə 12 oyunda 6 qol vurub.