Türkiyə millisi Avro-2024-ün qrup mərhələsində ilk ounda Gürcüstanı məğlub edib – 3:1.
Futbolpress.az xəbər verir ki, görüşdə türklərin ikinci qolunu vuran Arda Güler “X” hesabında paylaşım edib. O, fotosunu paylaşaraq, bunu yazıb:
“Türkə dayanmaq yaraşmaz”.
Arda Güler Avropa çempionatları tarixində debüt oyununda qol vuran ən gənc futbolçu olub. O, bunu 19 yaş 114 günlüyündə bacarıb.