Arda Güler: “Çox çalışdıq və qələbə qazandıq”

Türkiyə millisinin futbolçusu Arda Güler Avro-2024-ün 1/8 final mərhələsində Avstriyanı məğlub etdikləri görüşdən sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi 2:1 hesabıyla başa çatan matçla bağlı bunları deyib:

“İnanılmaz axşam oldu. Xalqımızı xoşbəxt etdiyimiz üçün çox sevincliyik. Hər kəs bacardığını etdi. Stadionda möhtəşəm atmosfer var idi və fanatlarımız bizi daha ruhlandırdı.

Avstriyaya yoldaşlıq oyununda böyük hesabla məğlub olmuşduq. Bu dəfə fərqli matçın olacağını bilirdik. Çox çalışdıq və qələbə qazandıq”.

Türkiyə 1/4 finalda Niderlandla qarşılaşacaq.