“Arda dünyanın ən yaxşı üç yarımmüdafiəçisindən biri ola bilər”

“Real”ın baş məşqçisi Karlo Ançelotti türkiyəli futbolçu Arda Güler haqda danışıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis AS nəşrinə açıqlamasında bunları deyib:

“Arda Güler dünyanın ən yaxşı üç yarımmüdafiəçisindən biri ola bilər. Çox yaxşı hazırlıq keçib və güclü, əzmli və keyfiyyətli oyunçu olub. Onun üçün ən uyğun mövqe “10 nömrə”dir. Ardanı vacib mövsüm gözləyir. Onun komandada daha böyük rolu olacaq”.

Arda ötən mövsümdə 12 oyunda 6 qol vurub.