“Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos Premyer Liqanın XII turunda “Neftçi”ni məğlub etdikləri oyundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, komandasının yeganə qolunu vuran braziliyalı hücumçu sosial şəbəkə hesabında bunları yazıb:
“Komandama bir qolla kömək etdiyim üçün çox şadam. Vacib qələbə qazandıq, hər kəsi təbrik edirəm. Məhsuldar ötürmə üçün Ramon Maçadoya minnətdaram.
6 oyunda 6 qol vurmuşam və düşünürəm ki, ardı olacaq”.