“Araz-Naxçıvan”da yeni müqavilə

Yeni mövsüm üçün heyətini formalaşdırmaq istiqamətində çalışmalarını davam etdirən “Araz-Naxçıvan” Miço Kuzmanoviçlə yeni müqavilə imzalayıb.

Futbolpress.az xəbər verir ki, bosniya və herseqovinalı yarımmüdafiəçi qarşıdakı 1 ildə də komandanın formasını geyinəcək.

Qeyd edək ki, futbolçu ötən mövsüm “Araz-Naxçıvan”ın heyətində çıxış edib.

“Araz-Naxçıvan” buna qədər Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli, Tərlan Əhmədov, Urfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovla da müqavilə bağlayıb.