“Araz-Naxçıvan”da braziliyalı oyunçu

Avqustun 21-də futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində ilk matçına çıxacaq “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Futbolpress.az xəbər verir ki, Caique Aledes De Oliveyra qarşıdakı mövsümdə “qırmızı-ağlar”ın formasını geyinəcək. 30 yaşlı braziliyalı müdafiəçi Qazaxıstanın “Jetısu” klubunda çıxış edib.

Qeyd edək ki, braziliyalı Kadinyonu (“Jetısu” Qazaxıstan) və serb Lazar Milosavljeviçi (“Crnica”, Xorvatiya) transfer edən, Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.