“Araz-Naxçıvan”da 6 futbolçu ilə bağlı “davam” qərarı

Yeni mövsümlə bağlı transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” müqavilə müddəti başa çatan 6 futbolçu – Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson və Elçin Mustafayevlə ortaq məxrəcə gəlib.

Futbolpress.az xəbər verir ki, adları qeyd olunan futbolçular 2024/25-ci il mövsümündə də “Araz-Naxçıvan”ın heyətində yer alacaqlar. Bir neçə futbolçu ilə danışıqlar davam edir.

Qeyd edək ki, “Araz-Naxçıvan” Urfan Abbasov, Ömər Buludov, Tərlan Əhmədli və Ülvü İsgəndərovla da müqavilə imzalayıb.