“Araz-Naxçıvan”ın məşqçilər korpusunda dəyişiklik edilib.
Futbolpress.az xəbər verir ki, Şimali Makedoniyadan olan Teodor Terziev fiziki hazırlıq üzrə məşqçi təyin olunub. 26 yaşlı mütəxəssislə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2022-ci ildən “Rabotniçki” klubunda çalışan UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasına sahib T.Terziev paralel olaraq ötən ildən Şimali Makedoniyanın 19 yaşadək futbolçulardan ibarət milli komandasında da fəaliyyət göstərib.