AFFA “Araz-Naxçıvan” klubunu cərimələyib.
Futbolpress.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Buna səbəb komandanın 6 futbolçusunun Premyer Liqanın III turundan təxirə salınmış “Zirə” ilə oyununda sarı vərəqə alması olub.
“Araz-Naxçıvan” “Zirə”ni 1:0 hesabıyla məğlub edib.