Premyer Liqada heç-heçələr günü

Bu gün Azərbaycan Premyer Liqasında XXIV turun növbəti oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, ikinci oyun günündə iki matç baş tutub.

Günün ilk oyununda “Araz-Naxçıvan” “Səbail”lə üz-üzə gəlib. Matç qolsuz bərabərliklə yekunlaşıb.

Günün və turun mərkəzi görüşündə isə lider “Qarabağ” “Sabah”la “sülh”ə razılaşıb.

Azərbaycan Premyer Liqası

XXIV tur

22 fevral

16:00 Araz-Naxçıvan – Səbail 0:0
Baş hakim: Fərid Hacıyev
“Liv Bona Dea Arena”

19:00 Qarabağ – Sabah 1:1

Qollar: Abdullah Zubir, 17 – Cesse Sekidika, 35
Baş hakim: Əliyar Ağayev
Tofiq Bəhramov adına Respublika stadionu