“Araz-Naxçıvan” ilkin mərhələdə son oyuna çıxacaq

Azərbaycanı futzal üzrə UEFA Çempionlar Liqasında təmsil edən “Araz-Naxçıvan” klubu bu gün turnirin ilkin mərhələsində sonuncu matçını keçirəcək.

Futbolpress.az xəbər verir ki, B qrupunda yer alan komanda İsveçin “Uddevalla” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

“Araz-Naxçıvan” bundan əvvəl Şimali İrlandiya təmsilçisi “Sparta Belfast”ı 7:1, Estoniya çempionu “Sillamae Silla”nı isə 7:0 hesabı ilə məğlub edib.