“Araz-Naxçıvan” ilk qələbəsini qazandı

Bu gün Azərbaycan Premyer Liqasında II turun 2-ci gününün oyunlarına start verilib.

Futbolpress.az xəbər verir ki, günün ilk matçında “Araz-Naxçıvan” “Şamaxı”nı qəbul edib. Naxçıvan klubu ikinci hissədə vurduğu yeganə qolla qalib gəlib. 59-cu dəqiqədə Ramon Maçado Muxtar Respublika təmsilçisinə qələbə qazandıran qolun müəllifi olub.

Azərbaycan Premyer Liqası
II tur

10 avqust

18:45 Araz-Naxçıvan – Şamaxı 1:0

Qollar: Ramon Maçado, 59

Baş hakim: Fərid Hacıyev
“Liv Bona Dea Arena”