“Araz-Naxçıvan” “Baku Sportinq”lə bacarmadı

“Araz-Naxçıvan”ın əvəzedici komandası yoxlama oyunu keçirib.

Futbolpress.az xəbər verir ki, “qırmızı-ağlar” bu dəfə İkinci Liqanın qalibi, yeni mövsümdən Birinci Liqada mübarizə aparacaq “Baku Sportinq”lə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Araz-Naxçıvan”ın heyətində Elcan Məmmədov fərqlənib.