“Arauxo “Barselona”dan xoşbəxtdir”

“Barselona”nın baş məşqçisi Xavi müdafiəçi Ronald Arauxonun gələcəyi haqda danışıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis klubdan ayrılacağı iddia edilən uruqvaylı oyunçu ilə bağlı bunları deyib:

“Onun klubdakı gələcəyindən narahat deyiləm. Arauxo “Barselona”dan xoşbəxtdir”.

Ronald Arauxonun adı “Bavariya” ilə hallanır.