Aquero 10 min dollar uduzdu

Argentinalı hücumçu Serxio Aquero Çempionlar Liqasında “Mançester Siti” – “Real” oyununa mərc edib.

Futbolpress.az xəbər verir ki, keçmiş forvard birinci hissədə azı iki qol vurulacağına 10 min dollar qoyub. Görüşün birinci yarısı “şəhərlilər”in 1:0 üstünlüyü ilə bitib və Aqueronun mərcu uduşsuz olub.

“Real” “Mançester Siti”ni 3:2 hesabıyla məğlub edib.