APL: “Qarabağ”ın “Sumqayıt”la oyunu birinci oldu

Azərbaycan Premyer Liqasında IX turun oyunlarını izləyən azarkeş sayı məlum olub.

Futbolpress.az xəbər verir ki, ən yüksək göstərici Sumqayıtda olub. “Qarabağ”ın burda yerli komanda ilə görüşü tribunalardan 7000 tamaşaçı izləyib.

Ən aşağı göstərici isə Bayılda olub. “Səbail”in “Şamaxı”ya qalib gəldiyi matçda tribunalarda 300 tamaşaçı olub.

Premyer Liqada IX turun oyunlarını izləyən azarkeş sayı:

Kəpəz – Neftçi 4:3 (500 tamaşaçı)
Səbail – Şamaxı 2:0 (300 tamaşaçı)
Sabah – Araz-Naxçıvan 1:1 (600 tamaşaçı)
Turan Tovuz – Zirə 1:0 (4000 tamaşaçı)
Sumqayıt – Qarabağ 0:1 (7000 tamaşaçı)

Qeyd: Rəqəmlər Peşəkar Futbol Liqasının rəsmi oyun protokollarından götürülüb.