APL-də “Fussballiebe”dən istifadə olunacaq

Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşib.

Futbolpress.az xəbər verir ki, PFL və klublar arasındakı razılaşmaya əsasən qarşıdakı mövsümdə Azərbaycan Premyer Liqası və əvəzedicilərin çempionatında çıxış edəcək komandaların üzvləri “Adidas” şirkətinin istehsal etdiyi, 2024-cü il Avropa çempionatının rəsmi topu olan “Fussballiebe”dən yararlanacaqlar.

Azərbaycan I Liqasında mübarizə aparan klublar “Adidas” şirkətinin təsis etdiyi “Al Rihla”, II Liqada çıxış edən klublar isə “Adidas” şirkətinin təsis etdiyi digər top olan “Adidas Tiro Pro”dan istifadə edəcəklər.