APL-də dövrənin “ən”ləri

Bu mövsüm Azərbaycan Premyer Liqasında debüt edən ən gənc oyunçu məlum olub.

FutbolPress“in məlumatına görə, bu, “Qarabağ”ın qolkiperi Sadiq Məmmədzadədir. O, avqustun 24-də “Kəpəz”lə ev oyununda (3:0) meydana çıxıb.

Sadiq 17 yaş 9 ay 11 günlüyündə mövsümün rekordçu debütantı olub.

Bu mövsüm meydana çıxan ən yaşlı oyunçu da “Qarabağ”dandır. Riçard Almeyda “Araz-Naxçıvan”la dövrənin son oyununda meydana çıxan zaman 35 yaş 9 ay 2 günlük olub.