Anrinin rekordunu qırdılar

“Arsenal” İngiltərə Premyer Liqasının IX turunda “Liverpul”la heç-heçə edib – 2:2.

Futbolpress.az xəbər verir ki, “topçular”ın ilk qolunu vuran Bukayo Saka unikal göstəriciyə imza atıb. Görüşdə fərqlənən vinger Premyer Liqadakı qollarının sayını 50-yə çatdırıb.

Saka bu saya 23 yaş 52 günündə çatıb. O, “Arsenal” formasıyla 50 qola ən tez çatan oyunçu olub. Daha əvvəl bu göstəricidə rekordçu Tyerri Anri idi. Sabiq fransalı forvard 24 yaş 128 günündə çempionatda 50-ci qolunu vurmuşdu.