“Liverpul”un hücumçusu Məhəmməd Salah bu mövsüm İngiltərə Premyer Liqasında 19-cu qolunu vurub.
Futbolpress.az xəbər verir ki, misirli forvard İngiltərə çempionatının XXIII turunun “İpsviç”lə matçının (4:1) 35-ci dəqiqəsində fərqlənib. Ümumilikdə bu, Salahın Premyer Liqada 176-cı olub. O, bu göstərici ilə 175 qola imza atmış “Arsenal”ın keçmiş oyunçusunu Tyerri Anrini qabaqlayıb.